Bu şəxsin əməllərindən ziyan çəkənlərin polisə müraciət etmələri xahiş olunur - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda saxta polis saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gətirilib.
Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb.
İdarə etdiyi avtomovildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı paqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa, aidiyyəti üzrə məlumat vermələri xahiş olunur", - mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qalereya
Oxşar xəbərlər
Xızıda ana və üç övladı itkin düşüb - FOTO
Xızı rayonu ərazisində ana və 3 övladı itkin düşüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Xızı rayonu, Qız...