Bu rayonun qəbiristanlıqlarında oğurluq olub - FOTO

Bu rayonun qəbiristanlıqlarında oğurluq olub - FOTO
Foto
Hadisə 87

Tovuzda qəbiristanlıqlardan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən xəbərə görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbiristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb.

Araşdırmalar zamanı həmin qəbiristanlıqlardakı mərmər sexlərinin birində işləyən M.Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb. Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığından faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər