Bu kafedə 50 manata intim xidməti göstərilirmiş - Əxlaqsızlıq yuvası aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki "Çardaq" kafesini icarəyə götürüb.
O, icarəyə götürdüyü kafenin əvvəlki icarədarı olan qadını isə obyektə ofisiant qoyub. O, kafenin yanında ayrıca otaq inşa etdirərək, həmin ofisiant qadını ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olmağa vadar edib, hər müştəridən 50 manat alıb.
Bir müddətdən sonra Elçin daha bir qadını ofisiant adı ilə kafeyə işə götürsə də, həmin qadını da müştərilərə satıb.
Hüquq-mühafizə orqanları məlumat əsasında kafedə əməliyyat keçirərkən hər iki ofisiantı müştərilərlə cinsi əlaqədə olarkən tutub.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə E.Aslanov 2500 manat cərimə edilib.
Oxşar xəbərlər
Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat
Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb. BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib. Məl...