Bu il Abşeronda qeydə alınan cinayət faktlarının sayı açıqlanıb

Bu il Abşeronda qeydə alınan cinayət faktlarının sayı açıqlanıb
Hadisə 70

Bu ilin 10 ayı ərzində Abşeron rayon ərazisində nə qədər narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığı məlum olub.

BAKU.WS “report”a istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Abşeron Rayon Polis İdarəsi tərəfindən 22 kiloqram 031 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bundan başqa, yaş çəkisi 62 kiloqram olan 217 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmçinin 3-ü əməliyyat yolu ilə olmaqla 4 ədəd odlu silah aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda cinayətkarlığın vəziyyətinə dair 1 328 fakt qeydə alınıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1 faiz aşağıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər