Bu gün Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 ailə üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçiriləcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ötən məhkəmə iclasında Əhməd Əhmədov törətdiyi cinayətdə özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Oxşar xəbərlər
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi olub - VİDEO - YENİLƏNİB
Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib "Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər...