Braziliyadakı yanğında xəsarət alanlar arasında azərbaycanlı var?
Braziliyanın Belem şəhərində keçirilən BMT-nin COP30 konfransında baş verən yanğın zamanı xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti yanğın zamanı hər hansı xəsarət almayıb.
Qeyd edək ki, Braziliyada keçirilən BMT iqlim danışıqları zamanı istifadə olunan pavilyonlarda baş verən yanğın qısa müddət ərzində alovlanıb və konfrans iştirakçılarının təxliyəsinə səbəb olub. Hadisə konfransın sonuna bir gün qalmış baş verib. Rəsmi məlumatda on üç nəfərin tüstüdən zəhərlənmə səbəbilə tibbi yardım aldığı bildirilib.
Təşkilatçılar yanğının altı dəqiqəyə nəzarət altına alındığını açıqlayıb. Yanğınsöndürmə xidməti konfransın keçirildiyi bütün ərazinin boşaldılmasına göstəriş verib.
COP30 adlı tədbirin keçirildiyi məkan yeddi saat müddətində bağlı qalıb.
Oxşar xəbərlər
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
Abşeron rayonunda anası Gülbəs Həsənovanı yandıraraq öldürən 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənlinin məhkəmə prosesi başa çatıb. BAKU.WS Xitab24.az-a istin...