Borca görə arvadını təklif etdi - Bakıda dəhşətli olay
08
yan
2018
12:23
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.BAKU.WS Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.S.Abıyev özünü elan edilən ittihamla təqsirli bilib.O, ifadə verməzdən əvvəl mərhumun atasının zaldan çıxmasını xahiş edib. Amma məhkəmə onun bu istəyini rədd edib.S.Abıyev bildirib ki, qətlə yetirdiyi Amin Bayramovun ona borcu olub: “Bu barədə söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?” Mən də onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.Qeyd edək ki, Bilgəh qəsəbə sakini Nəzakət Bayramova ötən ilin yayında Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşməsini – bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.A.Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu S.Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.A.Bayramovun avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində S.Abıyev tərəfindən küt alətlə qətlə yetirilərək həyətdə basdırıldığı müəyyən edilib. Daha sonra o, həbs olunub.BAKU.WS
Oxşar xəbərlər
Bakıda dəhşətli qətl törədən şəxs: "Evə qayıdanda onun arvadıma təcavüz etdiyini gördüm"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib."Report"un xəbərinə gö...