Biznesmen arvadını niyə tutdurdu? - ŞOK DETALLAR

Biznesmen arvadını niyə tutdurdu? - ŞOK DETALLAR
Hadisə 1673

 

Ötən gün biznesmen Barat Abdullayevin həyat yoldaşı Təyminə Abdullayevadan şikayət edərək onu həbs etdirməsi barədə məqalə yayımlanmışdı. T.Abdullayevanin müraciətdə qeyd etdiyi iddialara B.Abdullayevin vəkili Ceyhun Yusifov cavab verib.

BAKU.WS məlumat verir ki, C.Yusifov qafqazinfo-ya müraciətində deyib ki, yazıda göstərilən iddialar tam şəkildə yalandır:

"Təyminə Abdullayevanın bunu yaymaqda əsas məqsədi bir qrup şəxslə əvvəlcədən əlbir olub planlı şəkildə dələduzluq etməsini gizlətməkdir. O, şəxsiyyət vəsiqəsini saxtalaşdıraraq, aldatma yolu ilə bazar dəyəri 1.500.000 manat dəyərində olan əmlakı 135.000 manata "Faktor Lizing" MMC-yə satıb. Bununla da, onların etibarından sui-istifadə edib Barat Abdullayevə və həmin MMC-yə külli miqdarda zərər vuraraq onların əmlakını və əmlak hüququnu ələ keçirib.

T. Abdullayeva əvvəlcədən Aqif, Səkinə və digər şəxslərlə sövdələşərək 04 noyabr 2015-ci ildə şəxsiyyət vəsiqəsini saxtalaşdıraq ailə vəziyyəti bəndinə ailəli ola-ola subay yazdıraraq əvvəlcədən planlaşdırılmış dələduzluğu həyata keçirib.

Dərhal da, yəni 20 noyabr 2015-ci il tarixdə bazar qiyməti 1.500.000 olan mənzili dələduzluqla ələ keçiriblər. Göründüyü kimi Təyminə Abdullayeva və digər şəxslər barəsində aparılan cinayət təqibi sırf törədilmiş cinayət əməlindən irəli gəlir.

Təyminə Abdullayeva qəsdən və planlı şəkildə dələduzluq etməsi ona aydın olduğundan bu cür açıqlama verməklə öz çirkin əməlini ört-basdır etmək və ictimaiyyəti çaşdırmaq niyyəti güdür. Əgər bu insanın əməlində heç bir cinayət tərkibi yoxdursa, niyə hüquq-mühafizə orqanlarının qanuni çağırışına gəlməyib, hətta polis əməkdaşına fiziki xəsarət yetirərək onlara açıq şəkildə müqavimət göstərir? Nə üçün şəxsiyyət vəsiqəsi saxtalaşdırıldıqdan qısa müddət sonra həmin mənzil müxtəlif şəxslər tərəfindən dələduzluqla satılır?

Bu şəxsin və onun cinayət ortaqlarının dələduzluq əməllərini saymaqla qurtarmaz, sadəcə hələ istinaq getdiyindən onun əsl simasını və əməllərini hələlik KİV-ə açıqlamırıq. Xüsusi ilə qeyd edim ki, həmin vəsait Təyminə Abdullayeva, Səkinə, Aqif və Təyminənin bacısı arasında bölünüb, bu hal istintaq zamanı da öz təsdiqini tapıb. Ona görə də bu üsulla istintaqa təyziq etməkdənsə öz cinayət əməllərində utanc keçirsələr, daha yaxşı olar".

Qeyd edək ki, T.Abdullayeva müraciətində əri B.Abdullayev və qaynı Nizami tərəfindən dələduzluğa məruz qalması, şərlənərək həbs olunmasını bildirib.

BAKU.WS

Son xəbərlər