Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları dəfn edilib
Hadisə 58

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yarməmməd Maqsud oğlu Nuriyevin meyitinin qalıqları Xaçmaz rayonuna gətirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi Xaçmaz rayonunun Köhnə Xudat kəndində ailəsinə təhvil verilib.

Daha sonra Yarməmməd Nuriyevin meyitinin qalıqları kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin doğmaları, rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Yarməmməd Nuriyev 1961-ci il dekabrın 29-da Xaçmaz rayonunun Köhnə Xudat kəndində anadan olub. O, 1993-cü ilin dekabr ayında Cəbrayıl istiqamətində şiddətli döyüşlər zamanı itkin düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

21 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər