Bir uşağı olan ana 4 uşaqlı kişiyə qoşulub qaçdı

Bir uşağı olan ana 4 uşaqlı kişiyə qoşulub qaçdı
Hadisə 544

Bir həftədir itkin düşdüyü deyilən Tirmə adlı qadının sosial şəbəkədə tanış olduğu Ramizə qoşularaq qaçdığı məlum olub.

BAKU.WS xəbər verir ki, bu barədə “ATV” kanalında yayımlanan “Bizimləsən” verilişində danışılıb.

Qadının 1, hazırda ailə qurduğu bəyin isə 4 uşağı var. Cütlük kəbin kəsdirərək bir yerdə yaşamağa başlayıb.

Veriliş zamanı Tirmə, Ramizlə qısa müddətdə qurduğu ailə həyatından danışıb:

“Ramiz “İçimdək hiss” səhifəsinin admini idi. Biz o səhifədə tanış olduq. Ora daxil olanda onu tanımırdım. Mənə dedi ki 4 uşağım var. Onu televiziyadan deyul sosial şəbəkədən tanıdım. Sevdim onu dürüstlüyün və insanlığını sevdim. Ramizin uşaqlarını da çox sevirəm”.

O, Ramizə qoşulub qaçdığı gün ailəsinə xəbər veridiyini bildirib. Lakin studiyaya gələn Tirmənin anası qızının dediklərini təkzib edib və Tirmənin evdən iş adı ilə çıxdığını bildirib. Ailə qurduğundan isə xəbəri olmadığını deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər