Bir sıra ölkələrdən Azərbaycana bəzi malların idxalına məhdudiyyət qoyulub
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra ölkələrdən Azərbaycana malların idxalına məhdudiyyət qoyulub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Böyük Britaniya və Şimali İrlandiyanın Uelsin Pouis, Monmutşir bölgələrində blutanq xəstəliyi, İspaniyanın Kataloniya muxtar icmasında nodulyar dermatit xəstəliyi, Almaniyanın Türingiya vilayətində, İranın Ərdəbil əyalətində, Bolqarıstanın Haskovo vilayətində, Danimarkanın Cənubi Danimarka regionunda, Niderlandın Drente əyalətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Abşeronda kişi borc aldığı arvadını bıçaqladı
Abşeron rayonunda kişi borc aldığı arvadını bıçaqlayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Abşeron rayonunun Saray qəsəbəsində baş verib. Qəsəbə...