Binəqədidə yanğın baş verib
12
noy
2023
20:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda restoran, kafe və mebel sexində yanğın olub
Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan birmərtəbəli obyektin (restoran kimi fəaliyyət göstərir) taxtadan ibarət zalının yanar konstruksiyaları...