Binədə narkopriton aşkarlanıb, 5 nəfər saxlanılıb
Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin ünvanda narkotik vasitələrin istifadəsinə şərait yaradan ev sahibi əvvəllər də məhkum olunmuş 48 yaşlı Elşən Əsədullayev, 37 yaşlı Anar Əliyev, 50 yaşlı Rəhman Cəbrayılov, 48 yaşlı Seymur Mirzəyev və 46 yaşlı Namiq Həsənov saxlanılıb.
Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda 727 min manatı qanunsuz leqallaşdıran şəxsə HÖKM OXUNDU
Bakıda banklardan birindən cinayət yolu ilə 727 min manatdan çox pul vəsaitini qanunsuz leqallaşdırmaqda təqsirləndirilən Vaysero Aleksandr Vladimiroviçin məhkə...