Biləsuvarda yol qəzasında 5 nəfər xəsarət alıb
06
fev
2025
14:20
Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Vergi xidmətinin əməkdaşı vəfat etdi
Şəmki rayonunda vergi xidmətinin əməkdaşı Elçin Məmmədov vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, o 61 yaşında dünyasını dəyişib. Qeyd olunub ki,...