Biləsuvarda yaşayış binasında mənzil yanaraq kül olub
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə şəhərin PMK adlanan yaşayış massivində qeydə alınıb.
İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən Xatirə Əliyevaya məxsuz ümumi sahəsi 35 kvadratmetr olan 2 otaqlı mənzildə qəfil yanğın başlayıb. Hadisə yerinə Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub, yanğın söndürülüb. Buna baxmayaraq, ev yanaraq külə çevrilib.
Yanğın zamanı evdə xəstə olan iki nəfər yanğından xilas olunub, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....