Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.
BAKU.WS report-a istindən xəbər verir ki, İdarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğu üçün sürücü Elnur Hüseynov Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib.
Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə E.Hüseynov 15 gün müddətində inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
"Pərviz Abubəkirovun ali təhsili yoxdur, diplomu saxtadır" - Qənirə Ataşovadan həmkarına sərt ittihamlar
"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu...