Biləsuvarda kişini vuran avtomobil hadisə yerindən qaçıb

Biləsuvarda kişini vuran avtomobil hadisə yerindən qaçıb
Hadisə 88

Biləsuvar rayonunda yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvarın Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Nəsimikənd kənd sakini, 1985-ci il təvəllüdlü Sadıqov Rauf Akif oğlunu avtomobil vurub. İlkin məlumata görə, avtomobil hadisə yerindən uzaqlaşıb.

Yaralı Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda ona tibbi yardım göstərilir.

Faktla bağll araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər