Biləsuvarda karantin rejimini pozan kafe aşkarlanıb, 20 nəfər cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvarda karantin rejimini pozan 20 nəfər cərimələnib.
BAKU.WS Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən kafe aşkarlanıb.
Keçirilən baxış zamanı həmin obyekti icarə əsasında işlədən Y.Kazımovla yanaşı orada 19 nəfər müştərinin də olduğu müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.
Oxşar xəbərlər
Karantin rejimini pozan şəxslər həbs edildi - FOTO
Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan BAKU.WS-ə verilən...