Biləsuvarda "Kalaşnikov" avtomatı aşkarlanıb

26
fev
2025
19:47
Biləsuvar rayonunda "Kalaşnikov" avtomatı aşkarlanıb.
"Report"un Muğan bürosu xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda sürücü sükan arxasında ürəktutmasından ölüb, avtomobil ayırıcı zolağa çırpılıb
Quba rayon sakini Rövkət Yunusovun idarə etdiyi "QAZ-3302" markalı avomobil Xaçmaz şəhəri ərazisində hərəkətdə olarkən qəflətən avtomobil yoldan çıxaraq ayırıcı...