Biləsuvarda ətraf mühiti çirkləndirən 15 nəfər cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.
BAKU.WS xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.
Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.
Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qonşusunu boğaraq öldürüb həyətində basdırmaqda təqsirləndirilən cütlüyə hökm oxundu
Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Müzəffərov, həyat yoldaşı Gülnar Müzəffərova və qaynı Qasım Xankişiyevin cinayət işi üzrə məhkəmə prose...