Biləcəridə yaşayış evinin yaxınlığından qumbaralar tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd RQD-5 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
Oxşar xəbərlər
Füzulidə 15 kiloqram marixuana və psixotrop həblər aşkarlanıb
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarımın həyata keçirdikləri əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən Telman...