Biləcəridə qadını döyüb maşınını əlindən aldılar

Biləcəridə qadını döyüb maşınını əlindən aldılar
Hadisə 1594

Binəqədi polisinə müraciət edən Abşeron rayon sakini İ.İbrahimova fevralın 26-da “Mercedes” markalı avtomobilində Bakı şəhər sakini olan tanışı F.Quliyevanı Biləcəri qəsəbəsindən evinə aparmaq istəyərkən onun tanışları olan 3 nəfər tərəfindən döyülərək nəqliyyat vasitəsinin və mobil telefonunun alındığını bildirib.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Qazax rayon sakini N.Gülümcanov, Abşeron rayon sakini A.Qasımov və paytaxt sakini E.Qasımov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Avtomobil və mobil telefon sahibinə qaytarılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb

19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...

2872 Hadisə 18:55 14 yanvar 2020

Son xəbərlər