Beyləqanda narkotik vasitə təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib
Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü həbs edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İ.Səfərova "saxla" işarəsi verilib.
Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.
İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.
Oxşar xəbərlər
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Corat bağları ərazisində qeydə alınıb. İddiaya görə, hadisə ailə mün...