Beyləqanda mal-heyvan oğurlayan şəxslər saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən iyul-avqust aylarında rayonun Eyvazlılar kəndi ərazisindəki tövlədən və otlaq sahəsindən mal-heyvan oğurlayaraq vətəndaşlara maddi zərər vuran şəxslər aşkar edilərək saxlanılıb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, bir qrup rayon sakini Beyləqan RPŞ-yə ərizə ilə müraciət edərək onlara məxsus iribuynuzlu və xırdabuynuzlu heyvanların oğurlandığı barədə məlumat veriblər.
Məlumatla əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakinləri - E.Ələsgərov və S.Əliyev saxlanılıb.
Araşdırmalarla onların zərərçəkmişlərə məxsus 450 manat dəyərində xırdabuynuzlu və 330 manat dəyərində iribuynuzlu mal-heyvan oğurladıqları müəyyən edilib. Hər iki şəxs dindirilmə zamanı törətdikləri cinayət əməlini etiraf edib.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Kənddə 2 azyaşlıya qarşı BİABIRÇI HƏRƏKƏT: əllərini bağladı, soyundurdu, zorladı... - Azərbaycanda ŞOK
Samux rayonunda azyaşlıya təcavüz etməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Fərid Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti veril...
