Beyləqanda kanala aşan maşının sürücüsü hərbçi olub - FOTO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda maşın kanala aşıb.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü idarəetməni itirərək maşını kanala aşırıb.
Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Lakin sürücü maşında olmayıb. Hazırda onun axtarışları aparılır.
Sürücünün hərbçi olduğu bildirilir.
*** 12:44
Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, avtomobilin Yuxarı Qarabağ kanalına aşdığı bildirilir. İlkin məlumata görə, maşının içində bir neçə nəfər olub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən axtarış-xilasetmə işləri görülür.
Qalereya
Oxşar xəbərlər
Binəqədidəki partlayışla bağlı cinayət işi açıldı - FOTO/VİDEO - YENİLƏNİB
Bakının Binqədədi rayonunda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi açılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. “Bakı şəhər...