Beyləqanda azyaşlı faciəli şəkildə öldü - Babası dəhşətli hadisəni danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqanda bədbəxt hadisə baş verib.
Hadisə rayonun Tatalılar kəndində qeydə alınıb. İki yaşlı uşaq həyətlərindəki su quyusuna düşərək həyatını itirib.
Azyaşlının babası hadisəni belə nəql edib: "Burada eyvanı sulayırdıq, uşaq yanımızda idi. Anası da, mən də burada idik. Sonra mən heyvana yem verməyə getdim. Anası məndən soruşdu ki, uşaq haradadır? Dedim, bəs sən aparmadın? Dedi ki, yoxdur. Mən qardaşımın evinə getdim, çünki həmişə oraya gedirdi. Anası buraya gəlib baxanda gördü ki, uşaq suyun üzündədir".
Atası isə qeyd edib ki, ailənin üç övladı var: iki qız və bir oğlan. Dünyasını dəyişən azyaşlı evin yeganə oğul övladı olub.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prose...