Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.
1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....