Bəyin qardaşı toy karvanında qəza törətdi, yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda toy karvanında hərəkətdə olan avtomobil maneə çırpılıb, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində qeydə alınıb.
Toy mərasiminin keçirildiyi şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında "VAZ-21021" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü olan bəyin qardaşı 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb.
Sürücünün xəsarəti daha ciddi olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıdakı dəhşətli qəzada iştirak edən sürücülərin kimliyi BİLİNDİ - YENİLƏNİB + VİDEO
Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində baş verən ağır yol-nəqliyyat hadisəsində iştirak edən sürücülərin kimliyi məlum olub. Baş Dövlət Yol Polisi İdarə...