Beşmərtəbəli binanın damından yıxılan kişi öldü

Beşmərtəbəli binanın damından yıxılan kişi öldü
Hadisə 104

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.

Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər