Beşinci mərtəbədən yıxılan şəxs sağ qalıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanından düşərək birinci mərtəbəsindəki mənzilin artırmasının damında köməksiz vəziyyətdə qalıb.
BAKU.WS bildirir ki, FHN-dən verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisənin baş verdiyi ünvana cəlb olunub. Xilasedicilər yaralı vəziyyətdə olan vətəndaşı müvafiq qaydada damdan düşürüb və hadisə yerinə çağırılan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verərək xilas olunmasını təmin ediblər.
Oxşar xəbərlər
Bakıda yaşayış binasında təhlükəli vəziyyətlə üzləşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN ) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsini...
