Bərdədə "Venera" kafesində nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bərdə rayonunun Qazıqurdalı kəndində fəaliyyət göstərən, Vüqar Firqət oğlu Ələsgərova məxsus "Venera" kafesində yoxlama keçiriblər.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı kafedə etiket məlumatları olmayan turşuların istehlaka təqdim edildiyi müəyyən olunub.
Həmçinin xammal və inqrediyentlərin saxlanma şəraitinə əməl olunmur, qida məhsullarının donunun açılması proseduru normalara uyğun həyata keçirilmir, havalandırma sistemi quraşdırılmayıb, müvafiq təmizlik işləri görülmür, işçilər tibbi müayinədən keçirilməyib və digər tələblər pozulub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...