Bərdədə ağır QƏZA: Ölən var
24
may
2026
10:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Mehdixanlı kəndi ərazisində baş verib.
Belə ki, Nadir Rəşid oğlu Həsənovun sükanı arxasında olduğu VAZ-2107 markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı su arxına düşüb.
Qəza zamanı sürücü N.Həsənov ağır xəsarət alıb, avtomobildə olan sərnişin - 1996-cı il təvəllüdlü Pəri Mahir qızı Həsənova isə həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....