BDU-nun səs yazısı yayılan müəllimi işdən çıxarıldı - AUDİO

BDU-nun səs yazısı yayılan müəllimi işdən çıxarıldı - AUDİO
Hadisə 263

Bakı Dövlət Universiteti (BDU) səs yazısı yayılan müəllimlə bağlı açıqlama yayıb.

BAKU.WS xəbər verir ki, universitetdən verilən məlumata görə, səs yazısı yayılan Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, Sədaqət Əhmədovanın tələbələrdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılıb. Belə ki, müəllimin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib. Müəllim səs yazısında deyib ki, imtahandan kəsilən zaman tələbələr üç-beş min manat arası pul ödəsələr, məsələ həllini tapar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər