BDU-nun dosenti vəfat edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya kafedrası dosenti, biologiya elmləri namizədi Qafar İslam oğlu Əlizadə vəfat edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 67 yaşında dünyasını dəyişən Q.Əlizadə 1971-1976-cı illərdə BDU-nun Kimya fakültəsində təhsil alıb.
1989-cu ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb. Hüceyrə biofizikası və biotexnologiyası - ətraf mühit amillərinin müxtəlif diapazonlu elektromaqnit şüaları və ozonun ardıcıl qarşılıqlı təsirinə qarşı birhüceyrəli sistemlərin davamlılığı və biotexnologiyanın fotobioenergetik problemləri istiqamətində tədqiqat işi aparıb.
Allah rəhmət eləsin!
Oxşar xəbərlər
BDU-nun dosenti vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib. BAKU.WS xəbər verir ki,...