Bazarlarda monitorinq - Qidalar üstü açıq, toz içində...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Saatlı, Lənkəran və Şəki rayonlarında yerləşən ərzaq bazarlarında monitorinqlər keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb. Yüksəkriskli qida məhsullarının, xüsusilə ət və süd məhsullarının etiket məlumatları və baytarlıq sənədi olmadan satışa çıxarıldığı müəyyən edilib. Bəzi piştaxtalarda qidaların üstüaçıq şəkildə, toz və digər çirklənmə risklərinə məruz qalaraq satıldığı müşahidə edilib. Aşkar edilən uyğunsuzluqlarla bağlı bazar rəhbərliyinə icrası məcburi göstərişlər verilib, qanunvericiliyin tələbləri izah edilib.
"Bazarlarda antisanitar şəraitdə satışa çıxarılan ət, süd, balıq və digər yüksəkriskli məhsulların istehlakı insan həyat və sağlamlığı üçün təhlükə yaradır. Mənşəyi şübhə doğuran bu məhsulların istehlakı tövsiyə edilmir. Bazar rəhbərləri fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalı, sağlamlaşdırma tədbirləri icra etməlidirlər", - deyə məlumatda qeyd olunub.
Qalereya
Oxşar xəbərlər
Laçında istifadəyə verilməmiş tuneldə qəza törədən sürücü həbs edildi
Laçın-Kəlbəcər yolunun Hacısamlı kəndindən keçən hissəsində istifadəyə verilməmiş tuneldə ağır qəza törədən şirkət əməkdaşı həbs edilib. BAKU.WS "Qafqazinfo"ya...