Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı
Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, aptekdə yararlılıq müddəti bitmiş baytarlıq preparatlarının satışa çıxarıldığı və digər bir sıra nöqsanlar aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib. Yararlılıq müddəti bitmiş baytarlıq preparatları satışdan kənarlaşdırılıb və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Qalereya
Oxşar xəbərlər
Qaxda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Qaxda ağır yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Qax şəhəri H.Əliyev prospektində qeydə alınıb. Belə ki, Kənan Mə...