Bayraqla avtomobil təmizləyən 72 yaşlı şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO

Bayraqla avtomobil təmizləyən 72 yaşlı şəxs saxlanılıb - YENİLƏNİB - VİDEO
Video
Hadisə 1256

"Sumqayıtda bayraqla avtomobil təmizləyən şəxs saxlanılıb".

Bunu BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru Zeyni Hüseynov deyib.

"Bu gün sosial şəbəkələrdə yaşlı bir kişinin bayraqla avtomobil təmizləməsinin videosu yayılmışdı. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat texniki tədbirlərlə həmin şəxsin Sumqayıt şəhər sakini 72 yaşlı Soltan Mehdiyev olması müəyyən edilib.

Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunan S.Mehdiyev izahatında taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib. O qeyd edib ki, avtomobilində təmizlik üçün bir neçə parça olub, lakin həmin vaxt səhv salaraq həmin parçalardan deyil, bayraqdan istifadə edib.

S.Mehdiyev etdiyi bu hərəkəti qınayan hər bir kəsdən üzr istəyib və peşman olduğunu söyləyib.

***14:28

Azərbaycanda taksi sürücüsü avtomobilini Azərbaycan bayrağı ilə silib.

BAKU.WS xəbər verir ki, bununla bağlı video sosial şəbəkədə yayılıb.

Videoda sürücünün maşını bayrağımızla sildiyi görüntülər yer alıb. Sürücü maşının qabaq və arxa hissəsini sildikdən sonra bayrağı maşının yük yerinə qoyur.

Həmin görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər