Bayram günlərində zəhərlənənlərin sayı AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 müraciət daxil olub.
BAKU.WS xəbər verir ki, müraciət edən şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb.
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub. Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan, 3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, 2 qadının (sirkə turşusu zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Bir ay ərzində 800-dən çox insan zəhərlənib, 9-u ölüb
İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib. Mərkəzdən BAKU.WS-ə verilən məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə...