Baş konsul: Təyyarə qəzasından sonra xəstəxanaya aparılarkən və orada ölən olmayıb
"Qazaxıstan dövlətinə dərin təşəkkürümüzü bildiririk".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Aktau şəhərindəki Baş konsulu Ayxan Süleymanlı deyib:
"Qazaxıstan dövləti ilə əlaqədar strukturlar çox operativ şəkildə hadisələrə reaksiya verdilər. Onlar əllərindən gələni etdilər ki, yaralıları sağ çıxara bilsinlər. Çox vaxtında, zamanında lazım olanı etdilər. Aktauda 5 Baş konsulluq: Türkiyə, İran, Türkmənistan, Özbəkistan fəaliyyət göstərir, onlar da bura gəldilər. Xəstəxanada da tibbi müdaxilə vaxtında edildi. Həkimlər əllərindən gələni etdi ki, yaralılar həyatda qalsın. Məndə olan məlumata görə, nə xəstəxanaya aparılarkən, nə də xəstəxanada ölən olub".
Oxşar xəbərlər
Axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya olunub
Azərbaycan vətəndaşı Vüsal Şahmalı oğlu Məmmədovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətini Rusiya Baş Prokurorluğu təmin edib. BAKU.WS xəbər verir...