Baş həkim məhkəməyə verildi
1 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi Rüstəm Budaqov məhkəməyə verilib.
"Qaynarinfo"nun məlumatına görə, iddiaçı Əlirza Adəm oğlu Məlikli adlı vətəndaşdır.
Onun iddia tələbi maneənin aradan qaldırılması ilə bağlıdır. İddiaya Xəzər Rayon Məhkəməsində baxılacaq. İş hakim Əkrəm Qəhrəmanovun icraatındadır.
Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bu baxımdan, "Qaynarinfo" təfərrüatı öyrənmək üçün sözügedən xəstəxana ilə əlaqə saxlayıb. Oradan isə məhkəmə işi barədə məlumatlı olmadıqlarını bildiriblər.
1 saylı şəhər xəstəxanası cari ilin fevralına qədər 14 saylı birləşmiş şəhər xəstəxanası adı ilə fəaliyyət göstərib.
Oxşar xəbərlər
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hamamda dəm qazından zəhərlənənlərdən birinin vəziyyəti orta-ağırdır
Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində aprelin 1-də hamamda dəm qazından zəhərlənən 6 nəfər (4 oğlan, 2 qız) bu gün saat 15:00 radələrində yenidən...