Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb

Bank kartlarından oğurluq davam edib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iyunun 23-də vətəndaşların bank kartlarından 6000, 1200, 778, 693, 647, 650, 457, 370, 365, 241, 70 manat pul vəsaitləri kiber üsulla oğurlanıb:
"Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz".
Oxşar xəbərlər
"Bakı Kart"ın vəzifəli şəxsi cərimələndi - SƏBƏB
Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru - "K Group" MMC-nin vəzifəli şəxsini cərimə...
