Balakənin sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçilib
Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə verilib.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev və rayonun digər vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.
İslam Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.
Digər saxlanılanlar da korrupsiya cinayətlərində təqsirləndirilirlər.
Oxşar xəbərlər
Binəqədidə evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərin birindən pul və qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. BAKU.WS DİN-ə istinadən...