Balakəndə yol qəzasında həlak olanların adları məlum olub - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə minik avtomobillərinin toqquşması zamanı ölən şəxslərin adları məlum olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, rayonun Şambul kənd inzibati ərazisində baş verən qəzada 1974-cü il təvəllüdlü Şərif kənd sakini Elayev Şaban Cuma oğlu, 1997-ci il təvəllüdlü Hənifə kənd sakini İsmayılova Günay Rövşən qızıdır.
Xatırladaq ki, Şambul kəndi ərazisində Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi 2 “Mercedes” markalı avtomobil toqquşub. Qəzada sürücülərlə birlikdə daha 5 nəfər də yaralanıb.
***19:06
Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, hadisə bu gün noyabrın 29-da aaat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.
Belə ki, Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda qayınata gəlininə təcavüz etdi: "Zorla taxtın üzərinə oturdub..." - TƏFƏRRÜAT
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib - red.) təcavüz edib. BAKU.WS “teleqraf.com”a ist...