Balakəndə istixanada narkotik yetişdirən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayonun Qazma kənd sakini 51 yaşlı Rasim Bodurov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsində yerləşən istixanaya baxış keçirilən zaman dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdiyi çətənə bitkiləri aşkar edilib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Maştağada "parnik"də narkotik bitkilər becərən şəxs ələ keçdi - FOTO
Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. BAKU.WS...
