Balakəndə fındıq bağlarında yanğın olub
Yeniliklərdən dərhal xəbərdar olun
Balakəndə əhaliyə məxsus fındıq bağlarında yanğın olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Talalar kənd inzibati ərazisində kənd sakinlərinə məxsus fındıq bağlarında yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən Rayon Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğının genişlənməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində üç ailəyə məxsus, ümumi sahəsi 3 hektar olan fındıq bağında kol-kos, quru ot, xəzəl və bir-neçə fındıq ağacı yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib
Zaqatala Dövlət Təbiət Qoruğununda yanğın baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün saat 16 radələrində Zaqatala Dövlət Təbiət Qoruğunun Balakə...