Balakəndə əməliyyat - Saxlanılanlar var - FOTO

Balakəndə əməliyyat - Saxlanılanlar var - FOTO
Foto
Hadisə 203

Balakən rayon Polis Şöbəsinə (RPŞ) rayonun Katex kəndində yerləşən evlərin birindən 1 200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Bildirilib ki, daxil olan müraciət əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərin rayonun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub.

Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər