Balakəndə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib - FOTO
21
iyn
2023
11:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Oxşar xəbərlər
Ağdaşda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq i...