Balakənçayda köməksiz qalan bir nəfər xilas edilib

Balakənçayda köməksiz qalan bir nəfər xilas edilib
Hadisə 217

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Balakən rayonu ərazisində Balakənçay çayında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

BAKU.WS-in xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq xilas edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər