BAKU.TV-nin əməkdaşı bombardmana məruz qalan Kiyevin mərkəzində - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Oktyabrın 10-u səhər saatlarında Ukrayna paytaxtının mərkəzi Rusiya Ordusunun raket və dron hücumlarına məruz qalıb.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Rusiya Ordusu bu gün Ukraynaya ümumilikdə 83 raket atıb, onlardan 43-ü zərərsizləşdirilib.
BAKU.TV-nin Şərqi Avropa bürosu üzrə əməkdaşı Mübariz Aslanov Kiyevdəki son vəziyyəti açıqlayıb.
O bildirib ki, hücum nəticədə 10 nəfər həlak olub, 10-dan çoxu isə ağır yaralanıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həlak olan və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.
“Ərazidəki mülki obyektlər, həmçinin Taras Şevçenko adına Kiyev Milli Universitetinə də ziyan dəyib”, - deyə qeyd edilib.
Ətraflı süjeti təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...