"Baku Bus"ın avtobusu yolda alışdı - Yanğının VİDEOSU
Bu gün səhər paytaxt yollarının birində "Baku Bus"ın avtobusunda yanğın hadisəsi baş verib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətt"inə daxil olub.
Videoda avtobusun arxa hissəsinin alovlandığı aydın görünür.
Hadisə ilə əlaqədar Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, texniki nasazlıq səbəbindən BakuBus MMC-nin istismarında olan 205 nömrəli xətt üzrə avtobusda alovlanma olub:
"Sürücü təlimata uyğun davranaraq alovun yayılmasının qarşısını alıb. Eyni zamanda da avtobusun özünün də yanğınsöndürmə sistemi işə düşüb. Hadisə nəticəsində xəsarət alan yoxdur".
Həmin videonu təqdim edirik:
Oxşar xəbərlər
2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr
Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...